YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gücünü xalqdan alan partiya

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Taleh Qurbanovun seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur: “Bu partiyanın əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur”. Daha sonra o, deputatlığa namizəd Taleh Qurbanov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Taleh Qurbanov Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. O bildirib ki, qazanılan uğurların təməlində xalq-iqtidar birliyi dayanır.

Taleh Qurbanov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın tərəqqisinə, uğurlu gələcəyə - YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Çıxış edən seçicilər də sentyabrda keçiriləcək seçkilərdə YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Taleh Qurbanovun həmin gün Maştağa qəsəbəsinin Həzi Aslanov, Balaəmi Dadaşov, Yəhya Musayev, Nəriman Nərimanov küçələrində və Savalan yaşayış massivində yaşayan seçicilərlə də görüşləri keçirilib.