YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Ağcabədi seçiciləri YAP-ın namizədinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 86 saylı Ağcabədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Tahir Rzayevin rayonun Qaravəlli, Gələbədin və Qiyamadınlı kəndlərində seçicilərlə görüşü keçirilib.

Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq reallıqlara uyğun yeni hədəflərə çatmaq üçün qarşıda mühüm vəzifələrin durduğunu, bu baxımdan parlament seçkilərinin önəmini vurğulayıb.

Çıxış edən deputatlığa namizəd Tahir Rzayev qeyd edib ki, Azərbaycan tarixdə özünün ən böyük yüksəliş dövrünü yaşayır: “Bu inkişafın əsası Ulu Öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərlik etdiyi dövrdə qoyulub, daha sonra dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ulu Öndər Heydər Əliyev siyasətini müasir dövrün çağırışlarına uyğun davam etdirən Prezidentin qətiyyətli siyasəti  sayəsində parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazisində keçiriləcək”.

Keçirilən görüşlərdə seçicilər adından Qaravəlli kəndində İsrəfil Quliyev, Aidə Mehdiyeva, Vəliş Quliyev, Alı Vəliyev, Gələbədin kəndində İnşallah Quliyev, Sahil Yusifov, Hətəm Hətəmov, Anar Əkbərov,   Qiyamadınlı kəndində Qələndər Mamedov, Pərviz Quliyev, Gülaya Zeynalova, Adışirin Balayev çıxış edərək Milli Məclisə seçkilərdə ölkəmizin rifahi naminə YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, deputatlığa namizəd Tahir Rzayev şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları ilə də görüşüb.