YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlu gələcək naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayonu, Böyük Şor qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Görüşdə deputatlığa namizəd Nizami Babaşov YAP-ın “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını, Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərdə partiyanın xüsusi rolunun olduğunu deyib. O qeyd edib ki, 1 sentyabr seçkiləri müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri kimi tarixə düşəcək. Nizami Babaşov seçiciləri dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə dəvət edib.

Tədbirdə seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.