Seçki-2024
Yeni bir səhifənin başlanğıcı
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 58 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Əskərovanın Xaçmaz rayonu, Dədəli və Palıdlı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədr müavini Emil Tağıyev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir.
O, deputatlığa namizəd Könül Əskərova haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Könül Əskərova əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aparılan uğurlu islahatlar nəticəsində dövlətimiz gündən-günə inkişaf edir, iqtisadiyyatımız güclənir, insanların rifah halı yaxşılaşır. Şübhə yoxdur ki, bu inkişaf qarşıdakı illərdə daha da artacaq”.
Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmin gün deputatlığa namizəd Könül Əskərova 2 məhəlli görüş də keçirib.