YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Çətin və şərəfli yol

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 91 saylı Göyçay seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərid Əkbərovun rayonun Mırtı kəndində seçicilərlə görüşü keçirilib.

Görüşlərdə çıxış edən YAP Göyçay rayon təşkilatının sədr müavini Laçın İsmayılov deputatlığa namizədliyi irəli sürülmüş Fərid Əkbərov haqqında seçicilərə məlumat verib. O vurğulayıb ki, qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası bu seçkilərdə də möhtəşəm qələbə qazanacaq.

Çıxış edən deputatlığa namizəd Fərid Əkbərov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində  çətin və şərəfli yol keçdiyini qeyd edib.  Namizəd parlament seçkilərinin YAP-ın qələbəsi ilə yekunlaşacağına əminliyini ifadə edib.

Tədbirdə təşviqat qrupunun üzvləri Zahidə Mirzəliyeva, Namət Şirinov və digərləri çıxış edərək seçiciləri seçki günü fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.