YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müdrik xalqımız öz xoşbəxt gələcəyinə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 122 saylı Xankəndi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aqil Məmmədovun  YAP Nərimanov rayon təşkilatının qərargahında Xankəndidən olan ziyalılarla görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xocalı  rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının digər seçkilərdə olduğu kimi, parlament seçkilərində də böyük qələbə qazanacağını əminliklə ifadə edib.

Təşkilat sədri bildirib ki, Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı mövcuddur: “Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb, şanlı tarix yazıb. Biz vətəndaşlar bu tarixi hadisəyə şahidlik etdiyimizə görə özümüzü çox xoşbəxt hiss edirik”. 

Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətçi, qətiyyəli Lider olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan bütün sahələr üzrə böyük inkişafa nail olub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib, beləliklə regionda yeni reallıqlar yaranıb. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Görüş iştirakçılarından Ədalət Məhəttəmov, Rafiq Rüstəmov və başqaları çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıblar.