YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflərə doğru irəliləmək zamanıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 50 saylı Abşeron üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramid Namazovun Abşeron rayonu, Novxanı kənd Mərkəzi meydanında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir.  Bildirib ki, bu baxımdan 18 yaşına çatmış hər bir vətəndaşın seçkilərdə iştirakı vacibdir.

Deputatlığa namizəd R.Namazov çıxışında budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb, əldə olunan nailiyyətlər və Vətən müharibəsində qazanılan tarixi Zəfər barədə ətraflı danışıb. Qeyd edib ki, bu uğurların kökündə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.

R.Namazov, eyni zamanda, hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran məqsədlər və hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb və Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatların növbəti dəfə dəstəklənəcəyinə əminliyini ifadə edib.

Sonda Novxanı seçicilərinin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.