YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Kəlbəcərlilərin seçimi YAP-ın namizədidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 123 saylı Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aidə Əhmədovanın Gəncə şəhərində məskunlaşan kəlbəcərli seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirova bildirib ki, çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycanın bütün uğurları və möhtəşəm qələbələri Heydər Əliyev yolu ilə bağlıdır: “Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə ölkəmizin siyasi sistemində aparıcı rola malik YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır”.

O, seçiciləri 1 sentyabrda məntəqələrə gedərək YAP-ın namizədinə səs verməyə çağırıb.

YAP Kəlbəcər rayon təşkilatının sədr müavini Qənaət Əsgərov isə deputatlığa namizəd Aidə Əhmədova barəsində görüş iştirakçılarına ətraflı məlumat verib.

Sonra deputatlığa namizəd Aidə Əhmədova çıxış edərək YAP-ın seçki platforması haqqında məlumat verib, seçiciləri seçkilərdə fəal iştirak etməyə çağırıb.

Görüşdə çıxış edən seçicilər YAP-ın deputatlığa namizədi A. Əhmədovaya səs verəcəklərini bildiriblər.