YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Yeni dönəmdə bütün hədəflərimiz reallığa çevriləcək”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında Vətən müharibəsi iştirakçıları ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərinin ailələrinə, müharibə iştirakçıları və qazilərə xüsusi diqqət və qayğı dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Deputatlığa namizəd Nigar Məmmədova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını və üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin edib: “Möhtəşəm Zəfərdən sonra Azərbaycan üçün yeni dövr başlayıb. Yeni dönəmdə bütün hədəflərimiz reallığa çevriləcək”.

O, şəhid ailələri, müharibə veteranları və digər bu kateqoriyadan olan şəxslərin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atıldığını diqqətə çatdırıb: “Cəmiyyətin bütün təbəqələri, o cümlədən şəhid ailələri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər kimi sosial cəhətdən həssas qruplar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub”.

Vətən müharibəsi iştirakçısı Süleyman Cəfərov və digərləri çıxış edərək şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Nigar Məmmədova seçicilərlə fərdi görüşlər də keçirib.