YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qazanılan uğurlar yeni hədəflər müəyyənləşdirir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 109 saylı Qazax seçki dairəsindən deputatlığa  namizədliyi irəli  sürülmüş Səməd Seyidovun Alpout və Abbasbəyli kəndlərinin seçiciləri ilə, eləcə də  Qazax rayon Olimpiya Kompleksində şəhərdən olan seçicilərlə görüşləri keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşləri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədr müavini Paşa Hadıyev bildirib ki, bütün seçkilərdə olduğu kimi bu seçkilərdə də Yeni Azərbaycan Partiyası layiqli namizədləri ilə bu siyasi kampaniya qatılıb. O qeyd edib ki, qazanılan  hər bir uğur yeni hədəfə çağırışdır.

Görüşdə çıxış edən deputatlığa   namizəd   Səməd  Seyidov YAP-ın seçki platforması haqqında seçicilərə geniş məlumat verib. S.Seyidov mövcud Azərbaycan reallıqlarından, regionda, dünyada baş verən hadisələrdən, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan genişmiqyaslı uğurlardan, qarşıda duran hədəflərdən ətraflı bəhs edib.

Namizəd seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə seçicilərin  inam və etimadını layiqincə doğruldacağına  söz verib.

Görüşlərdə təşviqat qrupunun üzvləri İsgəndər Qurbanov, Barat Alıyev, Sevda Həsənova, Məmməd Yusifov, Pəri İbrahimova və  digərləri çıxış edərək seçiciləri YAP-ın namizədi Səməd Seyidovu dəstəkləməyə çağırıblar. 

Çıxış edən seçicilər də Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini bildiriblər.