YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Parlaq gələcək naminə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Kamran Bayramovun Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi, Xoşbulaq, Zağalı və Qazaxyolçular kəndlərinin seçiciləri ilə görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını bildirib. O, Ümummili Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri olduğunu qeyd edib: “YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini əzimlə nümayiş etdirir”.

Çıxış edən deputatlığa namizəd Kamran Bayramov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib: “İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni öz sözünü deməkdədir”.  

Görüşlərdə partiya fəalları Nəzərli Məhərrəmov, Şahnaz Vəliyeva, Fikrət Əliyev, Afaq Yusifova, Ariz Rzayev və başqaları çıxış edərək seçiciləri parlaq gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində çıxış edən seçicilər YAP-ın namizədi Kamran Bayramova səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Kamran Bayramov Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində və Qazaxyolçular kəndində seçicilərlə məhəlli görüşlər də keçirib.