YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqımız və dövlətimiz üçün mühüm hadisə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin Balakən rayonu, Xalatala kəndinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan cəmiyyətinin böyük ruh yüksəkliyi ilə hazırlaşdığı parlament seçkiləri xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır.

Deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır: “Yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkəmizdə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Bu uğurların davamı üçün YAP-ın parlament seçkilərində qələbəsi labüddür”.

Tədbir iştirakçılarından Ziyafət Qurbaçova, Elmar Mamedov və digərləri çıxış edərək seçiciləri Nəsib Məhəməliyevə yekdilliklə dəstək olmağa çağırıblar.

Seçicilər Azərbaycanın firavan gələcəyi üçün çalışan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə hər zaman dəstək olacaqlarını, Milli Məclisə keçiriləcək seçkilərdə məhz deputatlığa namizəd Nəsib Məhəməliyevə səs verəcəklərini qeyd ediblər.