YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Fəxr edirik!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının YAP Nəsimi rayon təşkilatının qərargahında şəhid ailələri, qazilər və müharibə veteranları ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, ölkəmizin bütün sahələrdə olan inkişafı göz önündədir, ən vacib məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır: “Builki parlament seçkiləri digərlərindən xüsusilə fərqlənərək, ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. YAP-ın seçki platformasında qeyd edildiyi kimi, ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə - Yeni dövrə Yeni Azərbaycanla qatılır”.

Tədbirdə Məlahət İbrahimqızı YAP-ın seçki platforması haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə seçkiqabağı mühit istər cəmiyyətdə mövcud olan ictimai-siyasi durum, istərsə də həmrəylik və əmin-amanlıq baxımından çox yüksək səviyyədədir. Qeyd olunub ki, bu mənada, dəyərli seçicilərimiz Zəfərə, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpasına, Qarabağın əzəmətli quruculuğuna, Böyük Qayıdışa və xalqın rifahına səs verəcək.

M.İbrahimqızı vurğulayıb ki, Azərbaycan dövləti şəhid ailələrinə, qazilər və müharibə veteranlarına daim yüksək diqqət və qayğı göstərir.

2 övladını Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid vermiş Lətifə Novruzova çıxış edərək göstərilən dövlət qayğısı üçün təşəkkür edib.

Şəhid ailələri, qazilər və müharibə veteranları YAP-a olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildiriblər.