Seçki-2024
Davamlı zəfərlərə doğru
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Stansiya Sumqayıt” ərazisində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının əməkdaşı Elvin Əlizadə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasətdən və əldə etdiyimiz böyük nailiyyətlərdən geniş bəhs edib.
Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə səs verməyə çağırıb. E.Akimova deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Çıxış edən namizədin vəkilləri Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycanın inkişaf yolunda əmin addımlarla irəlilədiyini vurğulayıblar. Onlar seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər sentyabrın 1-də yekdilliklə seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Görüş zamanı seçicilərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.