YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Seçicilərin doğru seçimi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin rayonun Pirkənd kənd klubunda Pirkənd və Küçəkənd kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva giriş sözü ilə açaraq qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir: “Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Vətəndaşlarımız da, təbii ki, bütün seçkilərdə inkişaf və tərəqqi siyasətinə, yəni Heydər Əliyev siyasətinə səs verirlər”.

Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. R. Həsən vurğulayıb ki, bu gün Azərbaycanda geniş və çoxşaxəli islahatlar proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox böyük uğurla həyata keçirilir: “Bu siyasət xalqın tərəfindən birmənalı şəkildə müdafiə olunur. Xalqımızın qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir”.

Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, şəhid atası Əli Vəliyev və Nurlan Abbasov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideyalar və prinsiplər xalq tərəfindən həmişə dəstəklənib. Ölkəmizin uğurlu inkişafı və tərəqqisi bir daha göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir.
Qeyd edək ki, deputatlığa namizəd rayonun Pirkənd kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Vüqar Sadıq oğlu Səfərovun və Qalib Qüdrət oğlu Qurbanovun ailələrini ziyarət edib.