YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İslahatlar ölkənin inkişafına yönəlib

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 103 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun Şəmkir rayonu, Çənlibel kəndində seçiciləri ilə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Zamir Güvəndiyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi böyük islahatlar kursu ölkəmizin bütün sferaları üzrə hərtərəfli inkişafını təmin edib: “Bu gün ölkəmizdə hamı sülh və əmin-amanlıq şəraitində yaşayır. Qazanılan uğurlar dövlətin məqsədyönlü siyasətinin nəticəsidir”.

Deputatlığa namizəd Nurlan Həsənov çıxışında qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin müdrik ideyaları əsasında böyük tərəqqi yolu keçib. Qeyd edib ki, bu, müqəddəs haqq yoludur və bizi ilbəil uğurlu hədəflərə layiqincə çatdırır.

N.Həsənov seçiciləri Dahi Lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycanın bu gün olduğu kimi, gələcəkdə daha böyük uğurları təmin etməsi üçün seçkilərdə fəal olmağa, YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər vurğulayıblar ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklər.