Seçki-2024
Yeniliklər və qələbələr partiyasının namizədlərinə səs verək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Samir Vəliyev müxtəlif ünvanlarda yaşayan seçicilərlə görüşüb.
Deputatlığa namizəd Samir Vəliyev məhəllələrdə keçirdiyi görüşlər zamanı seçicilərə YAP-ın seçki platforması haqda geniş məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir: “Bu isə o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaq”.
S.Vəliyev, həmçinin, seçicilərin fikirlərini dinləyib, onların müraciətlərini dinləyib, qeydlər götürülüb. Namizəd hər kəsi 1 sentyabr tarixdə keçiriləcək seçki prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.
Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.