YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncəlilərin seçimi bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 40 saylı Gəncə üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Musa Quliyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilər ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov Milli Məclisə seçkilərin müstəqillik tarixində ilk dəfə olaraq Qarabağla bütövləşmiş Azərbaycanın hər yerində keçiriləcəyini diqqətə çatdırıb: “Bu seçkilərdə də xalqımızın YAP-ın namizədlərini dəstəkləməsi ilə yenidən qələbə qazanacağıq”.

Deputatlığa namizəd Musa Quliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycanda sosial-iqtisadi islahatların ardıcıl olaraq həyata keçirilməsi dünyanın əksər nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Əldə edilmiş nailiyyətlərlə yanaşı qarşıda mühüm vəzifələr durur. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”.

Tədbirdə təşviqat qrupunun üzvləri çıxış edərək YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamlarını ifadə edib, uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində partiya namizədinə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində xalqın partiyası olan YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.