YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövrə yeni qələbələrlə

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ülviyyə Həmzəyeva Babək rayonu Zeynəddin və Sirab kəndlərində seçicilərlə görüş keçirib.

Görüşü giriş sözü ilə açan təşviqat qrupunun üzvü Tofiq Abutalıbov qeyd edib ki, Yeni Azərbaycan Partiyası parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb.

Çıxış edən deputatlığa namizəd Ülviyyə Həmzəyeva əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib: “Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilidə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütvlüyünün və süverenliyinin bərpasını, üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin edib. Hazırda qarşımızda dayanan başlıca məqsəd növbəti milli hədəflərimizin gərçəkləşdirilməsidir”.

Vurğulanıb ki, bu dəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.

Ülviyyə Həmzəyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Sonra tədbirdə YAP Babək rayon təşkilatının məsləhətçisi, təşviqat qrupunun üzvü İlkin Bağırov  və digərləri çıxış edib. Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.