Seçki-2024
Yeni dövrə yeni uğurlarla qədəm qoyuruq
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun Cəlilabad rayonu, Şorbaçı və Cəlayir kəndlərində seçicilərlə görüşləri keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Ruslan Abbasov Yeni Azərbaycanın Partiyasının seçkilərə hazırlıq səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu deyib, partiyanın bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.
Çıxış edən deputatlığa namizəd Elman Nəsirov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışıblar. Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın dünəninə, bugününə və gələcəyinə xidmət edən alternativsiz partiya olduğu vurğulanıb.
Təşviqat qrupunun üzvü Razi Məmmədov, seçicilərdən Zeynal Musayev, İbrahim Yolçiyev, Mirzağa Dövlətov və digərləri çıxış ediblər. Onlar Azərbaycanın inkişafına, parlaq və işıqlı gələcəyinə - Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini deyiblər.