YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Növbəti zəfərlər naminə!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 39 saylı Gəncə ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvin Kərimzadənin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilər ilə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədr müavini Orxan Əhmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasi kurs nəticəsində əldə olunan nailiyyətlərdən, qazanılan möhtəşəm qələbələrdən ətraflı danışıb. Orxan Əhmədov YAP-ın bu seçkilərdə də qələbə qazanacağına böyük əminliyini ifadə edib.

Daha sonra deputatlığa namizəd Pərvin Kərimzadə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Bildirib ki, Azərbaycan böyük inkişaf yolu keçib və nəticədə ölkəmizin qarşısında yeni perspektivlər açılıb: “Hərtərəfli inkişafın bütün sahələri əhatə etməsilə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin artması da təmin olunub”.

P.Kərimzadə qeyd edib ki, YAP - ın yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər ümumxalq partiyasının yeni üfüqlərə yol açdığının təsdiqidir.

Tədbirdə çıxış edənlər seçiciləri növbəti nailiyyətlər naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər də öz növbəsində 1 sentyabr parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, deputatlığa namizəd P.Kərimzadənin seçicilərlə məhəlli görüşləri də keçirilib.