YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Gəncə seçiciləri uğurlarımızın davamına səs verəcəklər

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə çıxış edən deputatlığa namizəd Naqif Həmzəyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı danışıb. O, qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasına nail olub.

Görüş iştirakçılarından Mehman Rzayev, Orxan Əhmədov, Nəzakət İsmayılzadə, Eldar Mehdiyev və başqaları uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.   

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Qeyd edək ki, deputatlığa namizəd Naqif Həmzəyev seçiciləri ilə fərdi görüşlər də keçirib.