YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“YAP qalib ölkəmizin lider partiyasıdır!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rövşən Muradov şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşüb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov şəhid ailələri və müharibə iştirakçılarının dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq!”.

Çıxış edən deputatlığa namizəd Rövşən Muradov YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Azərbaycan dövləti və cəmiyyəti hər zaman mübariz Vətən övladlarının şücaətini yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur: “Şəhidlərimizin ruhunun şad olduğu indiki məqamda dövlətimizin qüdrəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi Azərbaycanı yeni möhtəşəm nailiyyətlərə aparacaq, tarix güclü Azərbaycanın yeni şanlı qələbələrinə şahidlik edəcəkdir”.

Görüşdə təşviqat qrupunun üzvləri Rafiq Nağıyev, Səlim Səlimbəyli, Murad Hüseynov, Babək Aslanov, Hacı Nizami Rzayev, Həcər Paşayeva çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.

Seçicilər isə “Tarixi Qələbəmizdən sonra yeni hədəflərə nail olmaq üçün  seçimimiz bir daha Yeni Azərbaycan Partiyası olacaq. YAP qalib ölkəmizin lider partiyasıdır” ,- deyə vurğulayıblar.

Deputatlığa namizəd Rövşən Muradov fərdi görüşlər də keçirib.