YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni hədəflər yeni uğurları şərtləndirir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat- təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun seçicilərlə növbəti görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova diqqətə çatdırıb ki, parlament seçkiləri xalqın YAP-a etimadının daha bir nümunəsi olacaq.
Tədbirdə çıxış edən deputatlığa namizəd Azər Badamov partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Tədbir iştirakçılarından Əjdər Ağacanov, Natəvan Butayeva və digərləri çıxış ediblər. Onlar seçiciləri səsvermə günü aktiv olmağa və YAP-ın namizədinə səs verməyə dəvət ediblər.
Seçicilər də öz növbəsində 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, YAP Qusar rayon təşkilatının qərargahında deputatlığa namizəd Azər Badamovun ilk dəfə səs verəcək gənclərlə görüşü də keçirilib.