YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Davamlı inkişaf naminə səs verək”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Zaman Məmmədovun YAP Yasamal rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını bildirib. O, deputatlığa namizəd Zaman Məmmədov haqqında seçicilərə ətraflı məlumat verib. Elnarə Mustafayeva seçicilərə seçkilərdə aktiv olmaq və partiyamızın namizədinə səs vermək üçün çağırış edib.

Çıxış edən deputatlığa namizəd Zaman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edib. Bildirib ki, dövlət başçısının müstəqil və uzaqgörən siyasəti sayəsində istər ölkəmizdə, istərsə də bütövlükdə regionumuzda yeni reallıqlar yaranıb, qarşımızda yeni perspektivlər açılıb.

 Zaman Məmmədov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Tədbirdə təşviqat qrupunun üzvləri Şölət Zeynalov, Sübhan Talıblı, Mərziyyə Nəcəfova və Ələmdar Şahverdiyev çıxış ediblər. Çıxışlarda ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs edilib. Çıxış edənlər tərəfindən seçicilərə parlament seçkilərində partiyamızın namizədinə səs verilməsi istiqamətində çağırışlar edilib.