YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların davamına səs verək!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 114 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar İskəndərovun YAP Şəki rayon təşkilatının qərargahında ziyalılar və ağsaqqal seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev Yeni Azərbaycan Partiyasının “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə həyata keçirilən təşviqat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışında milli siyasi iradəni təmsil edən YAP-ın keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Z.Vəliyev vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qızıl fondu olan ziyalılarımıza və ağsaqqallarımıza dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərilir.

Çıxış edən deputatlığa namizəd Vüqar İskəndərov daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini xatırladıb, partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, cəmiyyətdə milli-mənəvi dəyərlərin formalaşmasında ağsaqqalların fəaliyyəti  böyük əhəmiyyət kəsb edir: “Cəmiyyətimizin həssas təbəqəsinin hər bir nümayəndəsi kimi, həyatını ölkəmizin tərəqqisinə həsr edən ağsaqqallar hər zaman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xüsusi qayğısı ilə əhatə olunublar”.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvləri Nuralı Çələbiyev, Kamil Məmmədov, görüş iştirakçısı Vaqif Əhmədov çıxış ediblər. Qeyd olunub ki, YAP-ın ideologiyasının və fəaliyyətinin əsas istiqamətini məhz dövlətimizin, cəmiyyətimizin inkişafı, onun qüdrətinin daha da artması, beynəlxalq münasibətlər sistemində ölkəmizin layiqli təbliğatı təşkil edir.

Öz  növbəsində çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.