YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

İnkişaf yolunda...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın YAP Suraxanı rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Suraxan rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Prezident İlham Əliyev gənclərə çox güvənir: “Gələcək gənclərindir və məhz bu səbəbdən onların seçkilərdə iştirakı üçün maarifləndirmə işlərinin aparılması vacibdir. Suraxanı rayonu ərazisində yaşayan çoxsaylı, ilk dəfə səsvermə hüququ olan gənclərin seçkilərlə bağlı maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Deputatlığa namizəd Sevinc Fətəliyeva qeyd edib ki, YAP öz ətrafında hər zaman layiqli gəncləri toplaya bilib: “Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya gənclərin böyük marağı vardır. Seçki prosesini və seçkilərdə iştirakı təbliğ etmək, ilk dəfə səs verəcək gənclər arasında maarifləndirmə işi aparmaq böyük sayda fəal seçici kütləsi formalaşdıracaq.

Görüş iştirakçılarından Kübra Əliyeva, Ayxan Aslanlı, Əminə Suleymanzadə çıxış edərək gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıblar.

Öz növbəsində görüşdə iştirak edən ilk dəfə səs verəcək gənc seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.