YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Birlikdə yeni qələbələrə imza atacağıq!”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 106 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Səfərovun Tovuz rayonu, Aşağı Quşçu və Dondar Quşçu kəndlərində seçicilərlə görüşləri keçirilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının şərəfli inkişaf yolu keçdiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni nailiyyətlərə imza atdığını qeyd edib. O bildirib ki, parlament seçkiləri ölkəmizin gələcək inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Deputatlığa namizəd Nizami Səfərov YAP-ın seçki platforması barədə ətraflı məlumat verib. O, daim müstəqil Azərbaycanın qüdrətinin artırılması istiqamətində uğurlu fəaliyyət göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini və qələbələr qazandığını söyləyib. “İndi qarşımızda növbəti mühüm hədəflərin gerçəkləşdirilməsi məqsədi durur. Biz birlikdə bütün hədəflərə nail olacaq, yeni qələbələrə imza atacağıq!”, - deyə vurğulanıb.

Sonra təşviqat qrupunun üzvü İsmayıl Hüseynov çıxış edərək seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.