YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurların təməlində dayanan xalq-iqtidar birliyi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun rayonun Muğanlı kəndində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın düşmən üzərindəki tarixi Zəfərindən sonra yeni dövr başlayıb. Vurğulanıb ki, bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoyub.

Çıxış edən deputatlığa namizəd Asif Əsgərov əvvəlcə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs edərək qeyd edib ki, ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasındadır və  Prezident  İlham Əliyevin rəhbərliyi ilə saysız-hesabsız uğurlara imza atılır.

Tədbirdə təşviqat qrupunun üzvləri Tahir Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də  keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.

Görüşdə çıxış edən seçicilər də YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.