Seçki-2024
Bərdəlilər YAP-ın namizədinə səs verəcək!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 99 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fatma Yıldırımın Bərdə rayonu Çələbilər və Güloğlular kəndində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olduğunu bildirib. O, YAP-ın növbəti qələbə qazanmaq əzmində olduğunu vurğulayaraq, seçiciləri partiyanın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd Fatma Yıldırım qeyd edib ki, bu gün müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan yolda hər bir Azərbaycan vətəndaşı YAP-ın Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və onun ətrafında sıx birləşərək böyük əzmlə dövlətin, xalqın, Vətənin mənafeyini uca tutur.
Görüşlərdə təbliğat qrupunun üzvü olan şəhid anaları Mehparə Qəribova, İsbət Hətəmova, Radə Qurbanova çıxış ediblər.
Çələbilər kəndindən olan seçicilər - şəhid anası Əntiqə Hacıyeva, kənd sakinləri Qurban Zakirov, Fizuli Əhmədov, Vaqif İbrahimov, Zeynəb Namazova, müharibə veteranı Elman Əsədov, Güloğlular kəndindən Şahin Məmmədov, Ramiz Bəşirov, Vidadi Məmmədov, Maqsud Behbudov, Nihad Mövludzadə və digərləri çıxış edərək bildiriblər ki, uğurlarımızın davamı naminə qarşıdan gələn parlament seçkilərində YAP növbəti möhtəşəm qələbəsini qazanacaq.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Görüşlərdən sonra deputatlığa namizəd Fatma Yıldırım Güloğlular kəndində şəhid Ərəstun Xıdırovun ailəsini ziyarət edib, eləcə də fərdi görüşlər keçirib.