YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tərəqqi və Zəfər yolunda...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 48 saylı Abşeron birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nigar Məmmədovanın YAP Abşeron rayon təşkilatının qərargahında ziyalılar və ağsaqqal seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının seçki platformasının hədəfləri və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O, seçiciləri seçki prosesində fəal olmağa, regionun ən güclü siyasi partiyasının namizədini dəstəkləməyə çağırıb.

Çıxış edən deputatlığa namizəd Nigar Məmmədova YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Bildirib ki, milli dəyərlərimizin qorunması, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsində ziyalıların və elm xadimlərinin, ağsaqqalların böyük xidmətləri var: “Onların sağlamlığına diqqət və qayğı, ictimai işlərdə fəallığının təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Ölkəmizdə yaşlı nəslin həyat şəraitinin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun həyata keçirdiyi müntəzəm layihələr mühüm əhəmiyyət kəsb edir. Ötən seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də ziyalılar və ağsaqqallar YAP-ın namizədini dəstəkləyəcəklər”.

Görüşdə Vətən müharibəsi şəhidi Vidadi Zalovun atası Nizami Zalov növbədənkənar parlament seçkilərinin tarixi əhəmiyyətini vurğulayıb.

Görüş Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. 

Sonra N.Məmmədova həmin ərazidə yaşayan seçicilərlə görüş keçirib.