YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Vədlər yerinə yetirilir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 75 saylı seçki Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sərvər Əliyevin Yardımlı rayonu, Pirembel kəndində seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov qeyd edib ki, bu gün respublikada Yeni Azərbaycan Partiyasına alternativ olacaq qüvvə yoxdur. Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın YAP-a etimadının növbəti ifadəsi olacaq.

O, deputatlığa namizəd Sərvər Əliyev haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Sərvər Əliyev əvvəlcə YAP-ın seçki platforması haqqında danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası böyük tarixi nailiyyətdir. Qeyd olunub ki, sarsılmaz birlik, xalqın öz Liderinə sonsuz inamı Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir”.

Tədbir iştirakçılarından Tacir Xurşudov və digərləri çıxış ediblər. Qeyd olunub ki,

Seçicilər 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.