Seçki-2024
Etibarlı seçim!
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 82 saylı İmişli-Saatlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Səyyad Salahlının Saatlının Qaracalar kəndində Qaracalar, Gomuşçu, Seyidlər, Varxan və Qaralar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirib ki, tarixi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanın tələbi və yeni reallıqlardan doğan zərurətdir. Sonra deputatlığa namizəd Səyyad Salahlı haqqında seçicilərə məlumat verilib.
Çıxış edən Səyyad Salahlı YAP-ın ölkəmizin siyasi həyatındakı yeri, dövlətçilik tariximizin Ulu Öndər Heydər Əliyev irsi ilə sıx bağlılığı və bu bağlılığın xalqımıza qazandırdığı uğurlardan danışıb. O, xalqımızın ölkənin bütün ərazilərində seçkilərin keçirilməsindən böyük iftixar hissi keçirdiyini deyib.
Həmçinin qeyd edib ki, YAP-ın iştirak etdiyi bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də qələbə əldə edəcəyi şübhəsizdir.
Təşviqat qrupunun üzvləri Lütvəli Şıxəliyev, Xanhüseyn Əhmədov və digərləri də çıxışlarında YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamlarını qətiyyətlə ifadə ediblər.