YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP qələbələr partiyasıdır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xaliq Hüseynovun YAP Nəsimi rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalı seçicilərlə görüşü keçirilib.                                      

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyub: “Regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək üçün Dövlət proqramları təsdiqlənib və uğurla icra edilir. Bu uğurların davamı naminə qarşıdan gələn parlament seçkiləri mühüm əhəmiyyət daşıyır”.

Tədbirdə deputatlığa namizəd Xaliq Hüseynov Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında məlumat verib. Bildirib ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir: “Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında birləşdirib. Bu gün YAP Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır”.

Seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildirib.

Seçicilər parlament seçkilərində Yeni Azərbaycan Partiyasınının namizədinə səs verəcəklərini vurğulayıblar.