YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycan yeni zirvələr fəth etməkdədir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 54 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Aydın Mirzəzadənin Mingəçevir şəhərinin Vaqif Abdullayev, Müslüm Maqomayev, Naxçıvan və Cəmil Əliyev küçələrində yaşayan seçiciləri ilə görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev bu gün partiyanın sıralarında 730 mindən çox üzvün birləşdiyini və bunun Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisi olduğunu deyib.

Çıxış edən deputatlığa namizəd Aydın Mirzəzadə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə inkişaf, tərəqqi yoluna qədəm qoyan Azərbaycanın son illər ərzində cənab İlham Əliyevin rəbhərliyi ilə yeni-yeni zəfərlərə doğru inamla addımladığını söyləyib. O, qazanılan uğurların təməlində xalq-iqtidar birliyinin dayandığını qeyd edib. Namizəd Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə çatacağına, yeni zirvələr fəth edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü Təhmasib Hüseynov və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur. Məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.