Seçki-2024
Suraxanı seçiciləri YAP-ın namizədlərinə səs verəcək
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Sevinc Fətəliyevanın avqustun 21-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Mirzağa Əliyev adına Mədəniyyət Evində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə hədəflənmiş müstəqil və uzaqgörən siyasəti sayəsində dövlətimiz daha da güclənib.
Deputatlığa namizəd Sevinc Fətəliyeva Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Bildirib ki, Azərbaycan böyük inkişaf yolu keçib və nəticədə ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Hərtərəfli inkişafın bütün sahələri əhatə etməsilə yanaşı, ölkəmizin siyasi-iqtisadi və hərbi qüdrətinin artması da təmin olunub.
Sevinc Fətəliyeva çıxışında seçiciləri parlament seçkilərində səsvermə hüquqlarından istifadə edərək fəal olmağa çağırıb.
Tədbirdə, həmçinin qəsəbə sakinləri Rahilə Ağcayeva, Ağalar Bayramov və digərləri çıxış ediblər.
Qeyd edək ki, deputatlığa namizəd Sevinc Fətəliyeva Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində məhəlli görüş də keçirib.