Seçki-2024
Hədəflər reallaşır
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Fərhad Baxışovun Həsənabad qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası öz gücünü xalqın dəstəyindən alır və budəfəki parlament seçkilərində də möhtəşəm qələbə qazanacaq.
Deputatlığa namizəd Fərhad Baxışov güclü, qüdrətli, qalib və bütövləşən Azərbaycanın hər birimizin qürur mənbəyi olduğunu deyib. Namizəd əminliklə söyləyib ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır: “Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək”.
Təşviqat qrupunun üzvləri çıxışlarında ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacağına əminliklərini bildiriblər.