YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Yeni dövr yeni uğurlara şahidlik edəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 118 saylı Ağdam-Xocalı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Məmmədovun Xəzər rayonu, Günəşli sanatoriyasında məskunlaşmış seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlıq prosesindən danışıb. O, qazanılan uğurlardan söhbət açaraq vurğulayıb ki, ölkəmizdə ictimai-siyasi sabitlik, milli təhlükəsizlik, vətəndaş həmrəyliyi və xalq-iqtidar birliyi təmin olunub. Qeyd olunub ki, azərbaycançılıq ideologiyası əsasında dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq xalqımız vahid yumruq kimi birləşərək Azərbaycanın qarşısında duran ən ümdə vəzifənin yerinə yetirilməsinə - tarixi ədalətin bərpasına, respublikamızın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə nail olub.   

Çıxış edən deputatlığa namizəd Elman Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib: “Azərbaycanda sosial-iqtisadi islahatların ardıcıl olaraq həyata keçirilməsi dünyanın əksər nüfuzlu iqtisadi-maliyyə mərkəzlərinin hesabatlarında da öz əksini tapır. Əldə edilmiş naliyyətlərlə yanaşı qarşıda mühüm vəzifələr durur. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır”.

Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına layiqli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklərini qətiyyətlə ifadə ediblər.