YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Uğurlarımızı saymaqla bitməz

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məlahət İbrahimqızının YAP Nəsimi rayon təşkilatının qərargahında Nəsimi rayon ağsaqqalları və ziyalı seçicilərlə görüşü keçirib.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bu gün Azərbaycanın sabitlik və təhlükəsizlik adası kimi tanındığını, ölkədə həmrəylik və xalq-iqtidar birliyinin nəticəsi olaraq böyük inkişafın əldə edildiyini bildirib. O, YAP-ın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti parlament seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Deputatlığa namizəd Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında geniş məlumat verib. Qeyd edib ki, YAP ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib: “Ən böyük tarixi nailiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasıdır. Bunun nəticəsində parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi təmin edilib”.

Məlahət İbrahimqızı yenidən deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı layiqincə doğruldacağına söz verib.

Ağsaqqal və ziyalı seçicilər Yeni Azərbaycan Partiyasına olan etimadlarını ifadə edərək, öz səsvermə hüquqlarından istifadə edəcəklərini bildirib.

Görüş iştirakçılarından Tahir Fətullayev və digərləri parlament seçkilərində öz səsvermə hüquqlarından istifadə edərəcəklərini vurğulayıblar.

Həmin gün Məlahət İbrahimqızı həmçinin, Nəsimi rayonu, H.B.Əliyev küçəsində seçicilərlə məhəlli görüş keçirib. Seçicilərin problemləri dinlənilib və onların həlli istiqamətində işlər aparılıb.