YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xalqın dəstəyi və etimadı əsasında…

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 52 saylı Yevlax seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş İlham Məmmədovun YAP Yevlax rayon təşkilatının inzibati binasında seçicilər ilə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycanın Prezident İlham Əliyevin zəngin siyasi təcrübəsi, möhkəm iradəsi və qətiyyətli liderliyi ilə dinamik inkişaf yolunda irəlilədiyini deyib. Qeyd olunub ki, əldə olunan nailiyyətlər Azərbaycanın regionun lider dövlətinə çevrilməsini, dünyada qalib və qüdrətli ölkə kimi tanınmasını şərtləndirib: “Hazırda qarşıda dayanan əsas məqsəd isə növbəti milli hədəflərin gerçəkləşdirilməsidir”.

Deputatlığa namizəd İlham Məmmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisində, müstəqil dövlətçiliyimizin əsaslarının möhkəmlənməsində misilsiz xidmətlərindən danışıb. İ.Məmmədov partiyanın sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində xalqın dəstəyi və etimadı əsasında növbəti dəfə möhtəşəm qələbə qazanacağını əminliklə vurğulayıb.

Seçicilər də çıxışlarında YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini bildiriblər. Onlar daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədini dəstəkləyəcəklərini ifadə ediblər.

Qeyd edək ki, həmin gün namizəd Yevlax şəhərində yaşayan bir qrup şəhid ailəsini ziyarət edib, şəhər seçiciləri ilə görüşüb.