Seçki-2024
Xalqın yekdil birliyi
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Quliyevin Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yaşayan seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən deputatlığa namizəd Əli Quliyev əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. O, ölkəmizin yeni dövrdə əldə etdiyi uğurlardan və gələcək perspektivlərdən bəhs edib. Çıxışda bütün nəaliyyətlərin əldə edilməsində Yeni Azərbaycan Partiyasının əvəzolunmaz rolu vurğulanıb. Bildirilib ki, keçiriləcək seçkilər yeni dövrdə inkişaf və tərəqqidən irəli gəlir və hər bir vətəndaşımız bu seçkilərdə fəal iştirak etməlidir.
Ə.Quliyev deputat seçiləcəyi halda öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyinə söz verib.
Seçicilər parlament seçkilərində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.