YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

YAP-ın növbəti uğurunu qazanacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Samir Vəliyev Nərimanov rayonu, Atatürk və Azadlıq prospektləri, həmçinin, Ağa Nemətulla 54 küçələrindəki ünvanlarda yaşayan seçicilərlə görüşüb.

Deputatlığa namizəd Samir Vəliyev keçirdiyi görüşlər zamanı seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqda geniş məlumat verib və bildirib ki, qələbələr partiyası olan YAP bu seçkiyə “Yeni dövrə yeni Azərbaycanla” şüarı ilə gedir. Bu isə o deməkdir ki, ölkəmiz, dövlətimiz yeni bir dönəmə qədəm qoyub və bu dönəmdə də böyük və uğurlu layihələrə partiyamız imza atacaqdır.

Samir Vəliyev, həmçinin, seçicilərin fikirlərini, müraciətlərini dinləyib. Namizəd hər kəsi 1 sentyabr tarixində keçiriləcək səsvermə prosesində aktiv iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıb.

Məhəllə görüşlərində seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.