YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Cəlilabadlılar tərəqqiyə səs verəcək

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 72 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elman Nəsirovun rayonun Xanəgah və Mikayıllı kəndlərində seçicilərlə görüşləri keçirilib.

Görüşləri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının fəalı Razi Məmmədov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını, partiyanın bütün seçkilərə hazırlıq səviyyəsinin hər zaman yüksək səviyyədə olduğunu deyib, YAP-ın bu dəfə də parlaq qələbə qazanacağına inamını ifadə edib.

Çıxış edən deputatlığa namizəd Elman Nəsirov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışıb. O, tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu xüsusi qeyd edib, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb.

Elman Nəsirov çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə - ən layiqli namizədə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən təşviqat qrupunun üzvü Şahlar Əsədullayev və kənd sakinləri YAP-ın xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına dəyərli töhfələr verdiyini deyiblər.