Seçki-2024
“Qələbələr partiyasının namizədinə səs verəcəyik”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin Nəriman Nərimanov və Bağmanlar küçələrində seçicilərlə görüşləri olub.
Məhəlli görüşlərdə deputatlığa namizəd Naqif Həmzəyev çıxış edərək əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı danışaraq bildirib ki, Azərbaycan qüdrətli, sarsılmaz və böyük nüfuz sahibi olan dövlət kimi dünyada tanınır, böyük uğurlara imza atır: “Bugünkü reallıqlar sübut edir ki, aparılan düzgün və məqsədyönlü siyasətin bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilməklə, dünyanın davamlı olaraq inkişafda olan dövlətidir”.
N.Həmzəyev seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvləri yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandığını diqqətə çatdırıblar.
Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Öz növbəsində seçicilər də YAP-ın namizədi N. Həmzəyeə səs verəcəklərini bildiriblər.