YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Xəzər seçicilərinin seçimi bəllidir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP)  tərəfindən 12 saylı Xəzər birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Pərvanə Piriyevanın YAP Xəzər rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov bildirib ki, sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi olacaq.

Çıxış edən deputatlığa namizəd Pərvanə Piriyeva partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.

Daha sonra tədbir iştirakçılarından Nəzrin Bayramova, Səkinəxanım Həsənli və Nigar Cəlilova çıxış ediblər. Onlar, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırıblar və bildiriblər ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcək.

Çıxış edənlər uğurlarımızın davamı naminə seçiciləri sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar parlament seçkilərində  YAP-ın namizədinə səs verməyə çağırıblar.