Seçki-2024
“Azərbaycanı zəfərlərə aparan siyasətə səsimizlə dəstək olaq!”
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadənin Ordubad rayonunun Tivi, Bist, Xurs və Nəsirvaz kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşlərdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov çıxış edərək bildirib ki, qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Azərbaycanın yaratdığı reallıqlar əsasında müstəqillik tarixində ilk dəfə olaraq parlament seçkiləri bütün ölkə ərazisini əhatə edəcək. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası bu seçkilərə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatılıb. Partiyanın seçki platformasında Azərbaycanın ötən dövr ərzində qazandığı möhtəşəm uğurlar, yeni dövrün yeni hədəfləri öz əksini tapıb.
Ehtibar İsmayılov deputatlığa namizəd Vüqar Rəhimzadə haqqında seçiçilərə məlumat verib.
Deputatlığa namizəd Vüqar Rəhimzadə diqqəti Yeni Azərbayan Partiyasının yarandığı dövrə yönəldərək bildirib ki, xalqın istəyi, zamanın tələbi ilə yaranan partiya ötən dövrdə qarşısına qoyduğu bütün hədəfləri gerçəkləşdirməklə cəmiyyətdə nüfuzunu daha da artırıb: “730 mindən çox üzvü sıralarında birləşdirən YAP-a xalqın inamı, sevgisi sonsuzdur. Əminik ki, seçkilər xalqın YAP-a inamının növbəti ifadəsi, təkmil, zəfərlərə aparan uğurlu siyasətə dəstəyin təsdiqi olacaq”.
V.Rəhimzadə seçiçiləri seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə, dünənimizin, bugünümüzün və sabahımızın partiyası olan YAP-ın namizədlərinə səs verməyə, yeni dövrün yeni hədəflərinin gerçəkləşməsinə səsləri ilə dəstək olmağa çağırıb.
Tədbirdə çıxış edənlərdən Tamella Əliyeva, Süleyman Huseynov, Aydın Hüseynov, Rza Adıgözəlov, Teymur Balayev, Kamal Əliyev, Məzahir Həbibov, Hüseyn Hüseynov, Cavanşir Rzayev bidiriblər ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan son dörd ilə yaxın müddətdə möhtəşəm zəfərlərə imza atması ilə diqqətdədir. Hər bir dövrün hədəflərinin uğurla reallığa çevrilməsi yeni çağırışları gündəmə gətirir. Yeni dövrə yeni Azərbayçanla birgə addımlamaq üçün səsvermə prosesində fəal olaq və YAP-ın namizədlərinə səs verək!
Qeyd edək ki, deputatlığa namizəd V.Rəhimzadə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Bist kəndindən olan şəhidlərin xatirəsinə ucaldılan “Şəhidlər Guşəsi”ni ziyarət edib.