Seçki-2024
“YAP-ın namizədinə səs verəcəyik”
Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 76 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Cavanşir Paşazadənin Nərimanabad qəsəbəsinin seçicilərilə görüşü olub.
Cavanşir Paşazadə görüşdə YAP-ın seçki platforması haqqında məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb. O həmçinin, seçicilərin fikrilərini, müraciətlərini dinləyib.
Daha sonra namizəd Qızılağac Dövlət Qoruğunda Balıqçılar qəsəbəsindən olan seçicilərlə də görüş keçirib. Görüşdə qəsəbə sakinləri seçkilərdə aktiv iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.
Qeyd edək ki, Cavanşir Paşazadə Balıqçılar qəsəbəsində şəhid Nəriman Vəlizadənin və Elman Məmmədovun, Nərimanabad qəsəbəsində şəhid Xəyal Əhədzadənin və Vidadi Salayevin ailəsini ziyarət edib.