YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Bütöv Azərbaycanda ilk parlament seçkiləri

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 79 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Rəşad Mahmudovun Astara rayonu Kijəbə qəsəbəsində seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşü giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov vurğulayıb ki, partiyamızın qurucusu, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu məqsəd və vəzifələr, bütünlüklə yerinə yetirilib: “Prezident, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu”.

Daha sonra çıxış edən deputatlığa namizəd Rəşad Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. R.Mahmudov Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipal, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmizin dinamik inkişaf yolunda inamla irəlilədiyini bildirərək, Azərbaycanın güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrildiyini diqqətə çatdırıb.

Tədbirdə Nəriman Təhməzov, İradə Ağayeva çıxış edərək seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs vermək üçün 1 sentyabrda seçki məntəqələrinə gələrək səsvermədə iştirak etməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Maşxan kəndində şəhid Ramin Əliyevin atası Muxtar Əliyevi və Vətən müharibəsi qazisi Tural Dadaşovu ziyarət edib.