YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımızın dalğalanması hər birimizi qürurlandırır”

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mixail Zabelinin YAP Xətai rayon təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov qalib Azərbaycanın bugünkü uğurlarında Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan geniş bəhs edib. O bildirib ki, Azərbaycanın iqtisadi imkanlarının artması hər bir sahədə uğurlara yol açıb: “Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi keçilən inkişaf yolunun təqdimatıdır. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının 1 sentyabr - növbədənkənar parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla” şüarı ilə qatılması da bunun bariz nümunəsidir”.

Deputatlığa namizəd Mixail Zabelin Ümummilli Lider Heydər Əliyevin gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışıb. O qeyd edib ki, Ulu Öndər hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıb: “Son 20 ildən artıq dövrdə bu xətti uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycan xalqını 30 ilə yaxın işğal altında qalan torpaqlarına qovuşdurdu. Bu gün Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan bayrağının dalğalanması hər birimizi qürurlandırır”.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Mürvət Əsgərov, Tofiq Məmmədov, seçici Regina Kovalyova və namizədin vəkili Firdovsi Cahangirov yeni dövrə qədəm qoyan Azərbaycanın davamlı inkişafı üçün seçiciləri seçkilərdə fəallıq nümayiş etdirməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar. 

Qeyd edək ki, deputatlığa namizəd Mixail Zabelin Neapol küçəsində yaşayan seçiçilərlə də görüş keçirib.