YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Demokratiyanın təntənəsi

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Hümbət Hüseynovun YAP Binəqədi rayon təşkilatının qərargahında görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, xalqımız çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayıb. Bildirib ki, dövlətimizin bugünkü qüdrəti və tərəqqisi Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarının, Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsidir: “Bu gün ölkəmiz Ulu Öndərin arzuladığı kimi, dünyaya bir günəş kimi doğub, inkişafımız təkcə regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir”.

V.İsmayılov deputatlığa namizəd haqqında seçicilərə məlumat verib.

Deputatlığa namizəd Hümbət Hüseynov çıxışında bildirib ki, qüdrətli və yenilməz ölkənin vətəndaşları olaraq bütün uğurlarımıza, xüsusilə 44 günlük Vətən müharibəsindəki parlaq zəfərimizə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli ordumuza daim minnətdar olmalıyıq: “Qəhrəman oğul və qızlarımızı daim xatırlamalı, onları unutmamalıyıq. Heç şübhəsiz ki, bizlərə bu uğuru və xoşbəxtliyi yaşadan cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşməli və qarşıdan gələn seçkilərdə vətəndaşlıq mövqeyimizi ortaya qoyaraq xoşbəxt gələcəyimizə səs verməliyik”.

O, səsvermə hüququ olan bütün vətəndaşlarımızı seçkilərdə fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb.

Görüş iştirakçılarından Nəriman Rəsulov, Şahin Hüseynov və digərləri vurğulayıblar ki, seçicilər ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra keçirilən ilk parlament seçkilərində fəal iştirak etməlidirlər.

Çıxışçılar seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.